Futbol

Qədirzadənin komandası səfərdə heç-heçəyə razılaşdı

10.06.2021 , 17:27

Gürcüstan çempionatında XVI turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” səfərdə Kutaisi “Torpedo”su ilə qarşılaşıb və bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 78-ci dəqiqədə meydana buraxılıb.

“Samtrediya” 16 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı