Futbol

Qədirzadə üçün 90 dəqiqə

10.03.2021 , 20:54

Gürcüstan çempionatında III turun oyunları keçirilir.

Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” səfərdə “Şukura” ilə qarşılaşıb və 0:1 hesablı məğlub olub.

Qədirzadə də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu sona qədər mübarizə aparıb.

Qeyd edək ki, “Samtrediya” 3 turdan sonra 10 iştirakçı arasında xal qazana bilməyib və sonuncu sıradadı.

Son yazılar

Yuxarı