Futbol

Qədirzadə üçün 65 dəqiqə

13.05.2021 , 10:50

Gürcüstan çempionatında XIII turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu İbrahim Qədirzadənin çıxış etdiyi “Samtrediya” doğma meydanda “Dinamo” (Batumi) ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

“Samtrediya” 9 xalla hazırda 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı