Topaz Premyer Liqasında VI turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, bu gün turun daha 2 oyunu keçiriləcək.
Gəncədə "Kəpəz" "Qarabağ"ı qəbul edəcək. İlk 5 turda yalnız 1 qələbə qazanan gəncəlilər ikinci üç xalını çempionla görüşdə əldə etmək istəyir. "Qarabağ" isə zirvədən aralı düşməmək üçün qalib gəlməyə çalışacaq.
Günün ikinci oyunu Zirədə keçiriləcək. Ev sahibi komanda "Qəbələ"ni sınağa çəkəcək. Roman Qriqorçukun komandası qələbə qazanacağı halda, yenidən çempionatın vahid lideri olacaq
Topaz Premyer Liqası
VI tur
25 sentyabr (bazar)
15:30 “Kəpəz” – “Qarabağ” – 1:1
Qollar: Dario 55, Reynaldo 75.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu
18:00 “Zirə” – “Qəbələ” – 0:2
Qol: Uiks 20, 76.
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şaiq Həmidov
Zirə İdman Kompleksinin stadionu
