“Sent Etyen”in baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qəbələ” ilə oyun öncəsi UEFA-nın rəsmi saytına müsahibə verib.
Korner.az-ın məlumatına görə, o, müsahibəsində “Qəbələ”nin ciddi rəqib olduğunu bildirib:
“Qəbələ” çətin və güclü rəqibdir. Düzdür, onlar hələ xal qazanmayıb, amma özünəməxsus oyun keyfiyyətinə malikdirlər. “Qəbələ” pley-off mərhələsində “Lill”i mübarizədən kənarlaşdırıb. Rəqibə ciddi yanaşmaq lazımdır”.
