“Qəbələ” UEFA Avropa Liqasının III təsnifta mərhələsinin cavab görüşləri çərçivəsində “Apollon”la keçiriləcək matç öncəsi bəd xəbər alıb
Klubun meneceri Səməd Nəsibovun Korner.az-a verdiyi məlumata görə, Rikardinyonun zədəsi ciddidi və o, böyük ehtimalla sabahkı qarşılaşmada “Qəbələ”yə kömək edə bilməyəcək.
UEFA-nın bu gün Cavid Hüseynovu da cəzalandıracağını nəzərə alsaq “qırmızı-qaralar” kipirlilərlə vacib qarşılaşmaya iki cidid itki ilə çıxacaq.
Qeyd edək ki. “Qəbələ” – “Apollon” qarşılaşması sabah “Bakcell Arena”da keçiriləcək. Oyun saat 21:00-da baş tutacaq.
