“Qəbələ”nin uzun müddətdir zədəli olan müdafiəçiləri Rail Məlikovla Umar Kalabane məşqlərdə iştirak edir. Komandanın həkim-fizioterapevti Rahim Məhərrəmovun “Qəbələ”nin rəsmi saytına verdiyi açıqlamaya görə, tam gücü ilə hazırlaşan Kalabanedən fərqli Məlikov, hələ ki, fərdi proqram üzrə çalışır. Railin İstanbulda son müayinəsi əla nəticələr verib.
Korner.az-ın məlumatına görə, əzələ bağlarından biri qopan müdafiəçi Ürfan Abbasov da tam sağalaraq komandanın hazırlığında iştirak edir. Digər gənc müdafiəçi Sadiq Quliyev isə əməliyyatdan sonra bərpa prosesi keçir. O, Antalya hazırlığının 2-ci mərhələsində komanda məşqlərinə qoşulacaq. “Qəbələ”nin braziliyalı qapıçısı Dieqo Koşta Silva isə əməliyyatdan sonra vətənində bərpa prosesi keçir.
Dieqonun komandaya Azərbaycanda qoşulacağı gözlənilir.
