Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” futbolçusu Elvin Camalovdan sevindirici xəbər alıb.
Korner.az-ın məlumatına görə, gənc futbolçu zədəsini sağladıb. Bir müddət öncə Türkiyənin İtsanbul şəhərində yerləşən “Medicana” xəstəxanasında əməliyyat olunan Camalov sabahdan etibarən komanda ilə məşqlərə start verəcək.
O, Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Gürcüstan “Samtredia”sı ilə oyun üçün tam hazır olacaq.
Qeyd edək ki, “Samtredia” – “Qəbələ” oyunu iyulun 7-də baş tutacaq. Tərəflər arasında baş tutan ilk qarşılaşma “Qəbələ”nin 5-1 hesablı qələbəsiylə başa çatmışdı.
