Dünən “Qəbələ” Futbol Akademiyası üçün növbəti xoş gün yaşandı.
Korner.az-ın məlumatına görə, klubun daha bir yetirməsi – 19 yaşlı Ehtiram Şahverdiyev əsas komandada debüt oyununa çıxdı.
Son 3 matça çıxmamasına baxmayaraq, hələ də əvəzedicilər arasında ölkə çempionatında bombardirliyini davam etdirən Ehtiram “Xəzər Lənkəran”la görüşün 81-ci dəqiqəsində meydançaya çıxdı. Artıq 5 mövsümdür “Qəbələ”də çıxış edən Ehtiramla yanaşı, daha bir klub yetirməsi – Murad Musayev də 1:0 hesablı qələbədə pay sahibi oldu. Mərkəz müdafiəçisi cari mövsümdə ilk dəfə meydançaya çıxdı. O, öncəki mövsümlərdə də əsas komandada çıxış etmişdi.
Beləliklə, 2015-2016-cı illər mövsümündə akademiyanın 12-ci yetirməsi forma şansı qazanmış oldu.
