“Qəbələ” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az-ın klubun rəsmi aytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” yay fasiləsində Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan və Ruslan Abışovun ardından Cavid Hüseynovu da sıralarına qatıb.
Ötən mövsüm “Bakı”da çıxış edən yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Milli komandamızın üzvü “Qəbələ”də 14 nömrəli forma ilə çıxış edəcək.
