“Qəbələ”nin yeni transferi Kristian Pulhak ölkəsinin jurnalistlərinə verdiyi açıqlamada Azərbaycan klubuna keçidindən danışıb.
Korner.az-ın məlumatına görə, rumıniyalı müdafiəçi bunları deyib:
“İstərdim ki, karyeramda yüksəlişə görə “Dinamo” klubuna təşəkkürümü çatdırım. Klub rəhbərliyinə ona görə minnətdaram ki, mənim başqa kluba keçidimi anlayışla qarşıladı.
“Dinamo” məni oyunçu, insan kimi formalaşdırdı. Bu klub həmişə ürəyimdə qalacaq. Mən burda titullar qazandım, avrokuboklarda, yığmada çıxış etdim. Heç vaxt azarkeşlərimizi unutmayacam. Ümid edirəm ki, karyeramı bu klubda bitirəcəm”.
1984-cü ildə Rumuniyada anadan olan Kristian Pulhak peşəkar karyerasına 2001-ci ildə doğma vətənində – “Dinamo” Buxarest komandasında başlayıb.
