"Qəbəl"nin yeni baş məşqçisi bəlli olub. Korner.az-ın məlumatına görə, Fatih Kavlakın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi postuna komandada idman direktoru vəzifəsində çalışan Ramiz Məmmədov təyin olunub.
Xatırladaq ki, "Qəbələ" "Rəvan"a ötən gün 1:3 hesabı ilə məğlub olub və bunun ardından türkiyəli çalışdırıcı istefaya göndərilmişdi.