“Qəbələ”nin xorvatiyalı transferi
19.07.2019 , 16:29

“Qəbələ” növbəti transferini reallaşdırıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki,bunadək Fernan Ferreyra Lopes,Merab Qiqauri,Kamal Mirzəyev,Sadiq Quliyev,Kristian Kouakou və Klesio Bauku heyətinə qatan “qırmızı-qaralar” xorvatiyalı futbolçu İvitsa Juniçlə anlaşıb.Müdafiəçi ilə müqavilə 2019-cu ilin sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki,futbolçu peşəkar karyerasına “Bosniya və Hersoqovinanın “Tomislav” klubunda başlayıb.
