“Yuri Syomin çərşənbə, yaxud cümə axşamı klub prezidenti Tale Heydərovla görüşəcək”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Əyalət klubunun rəsmisi Rusiya mətbuatına açıqlamasında bildirib ki, görüş Bakıda keçiriləcək:
“Görüş Bakıda olacaq. Həmin görüşdən sonra biz birgə qərar qəbul edəcəyik. Əgər baş məşqçimiz Syomin olarsa, o, futbolçularla yaxşı əlaqə yarada biləcək”.
