“Qəbələ” və Bakı “İnter”inin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyunları canlı yayımlanacaq.
“İnter” – “Fola” (Lüksemburq) görüşü “CBC Sport”, “Qəbələ” – “Yagelloniya” (Polşa) matçı isə “İdman Azərbaycan” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq. Hər iki oyun sözügedən telekanalların proqramına daxil edilib.
Qeyd edək ki, “İnter” – “Fola” görüşü sabah saat 20:00-da, “Qəbələ” – “Yagelloniya” matçı isə iyulun 13-ü, saat 21:00-da başlayacaq.
