“Qəbələ”nin U-17 komandası çempion oldu
27.05.2021 , 23:57

“Qəbələ” U-17 kubokunu qazanıb.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün keçirilən final oyununda “Qarabağ”la qarşılaşıb. Bayıldakı “ASCO Arena”da keçirilən matçın əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib – 2:2.
Kubokun sahibi oyunsonrası penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan Zaur Hacıyevin çalışdırdığı “Qəbələ” 5:4 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra “Qəbələ”nin futbolçularına medallar və kubok təqdim olunub.
