“Qəbələ”yə baş məşqçi təyin olunacağı gözlənilən rusiyalı mütəxəssis Yuri Syomin bu barədə açıqlama verməkdən yenə boyun qaçırıb.
Korner.az-ın məlumatına görə, Syomin rusiyalı jurnalistlərlə söhbətində bunları dilə gətirib:
“Bağışlayın, amma mən hələ “Qəbələ”nin təklifini müzakirə etməyə hazır deyiləm. Mənim üçün hansı variantların prioritet olduğunu da demək istəmirəm. Hər şeyin öz vaxtı var”.