big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Qəbələ”nin “Sumqayıt”la 27-ci dueli

30.01.2019 , 16:25

Bu həftə Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək. “Qəbələ” 2019-cu ildəki ilk rəsmi matçını “Sumqayıt”a qarşı keçirəcək. XV turun görüşü “qırmızı-qaralar”ın meydanında baş tutacaq.

Bu matçla hər iki komanda III dövrəyə başlayacaq. İlk iki dövrədə üz-üzə gələn rəqiblər heç-heçələri sıralayıb. Qəbələdəki ilk oyunda meydan sahibləri hesabı 1-ci hissədə açsa da, matçın sonunda bərabərlik qolunu buraxıb – 1:1. Sumqayıtdakı görüşdə isə meydan sahibləri 2 top önə keçsə də, “qırmızı-qaralar” hesabda tarazlıq yaratmağa müvəffəq olub – 2:2.

Fevralın 3-də baş tutacaq oyun ümumilikdə rəqiblərin 27-ci qarşılaşması olacaq. Bu görüşlərin hamısı Premyer Liqa çərçivəsində baş tutub. “Qəbələ” Sumqayıtın eyniadlı təmsilçisi ilə matçlarda böyük üstünlüyə malikdir. 16 dəfə qələbə qazanan “Qəbələ” 8 dəfə 1 xalla kifayətlənib və yalnız 2 dəfə uduzub. Bu oyunlarda meydanı heç vaxt qolsuz tərk etməyən “qırmızı-qaralar” top fərqində də öndədir – 46:20. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə rəqib qapısına yol tapıb. Aleksey Qay, Dodo, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 qol vurublar.

“Qəbələ” evdə keçirdiyi 13 görüşdə məğlub olmayıb. Doğma arenada 10 qələbəsi olan komanda 3 heç-heçə edib. Rəqib qapısından 25 top keçirən “Qəbələ” 7 qol buraxıb.

Xatırladaq ki, fevralın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 14:00-da başlayacaq.

Son yazılar

To Top