İspaniyanın "Barselona" klubu yeni sponsor danışıqları aparır.
Korner.az-ın məlumatına görə, "Pepsi" şirkəti Kataloniya təmsilçisinin sponsoru olacaq.
Klub rəhbərliyi hücumçusu Lionel Messinin də siması olduğu şirkətlə danışıqlar aparır. Razılıq əldə olunarsa, "Pepsi" "Barsa" üçün illik 60 milyon avro ayıracaq.
Ötən mövsüm "Pepsi" şirkəti "Qəbələ"nin də rəsmi əməkdaşı idi
