Sloveniyada təlim-məşq prosesini sona çatdırmaq üzrə olan “Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı beşinci – sonuncu rəqibinin adı da müəyyənləşib.
Korner.az- ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda iyulun 26-ı Bakı vaxtı ilə 20:30-da Türkiyə təmsilçisi “Mersin İdman Yurdu” ilə üz-üzə gələcək.
Bir gün sonra isə “Qəbələ” vətənə dönəcək.
Qeyd edək ki, Türkiyənin Mersin şəhərini təmsil edən klubun əsası 1925-ci ildə qoyulub. Komanda Türkiyə Superliqasında mübarizə aparır
