Hazırlıqlarını Sloveniyada davam etdirən "Qəbələ" bu gün növbəti sınaq matçına çıxıb. Korner.az-ın məlumatına görə, Fatih Kavlakın başçılıq etdiyi komanda Serbiyanın “BSK Borça” klubu ilə qarşılaşıb.
İlk hissədə hesabı "Qəbələ" açsa da ikinci yarıda rəqib komanda iki qol vuraraq qələbə qazanıb. Komandamızın yeganə qoluna Aleksandr Çertaqanov imza atıb.
Qeyd edək ki, “Qəbələ” Sloveniyadakı ilk yoxlama oyununu Çexiya təmsilçisi “MFK Karvina”ya qarşı keçirmişdi və 0:1 hesabıyla məğlub olmuşdu. Serbiya klubları – “İndiya” (0:2) və “Rad”la (1:2) görüşlər də məğlubiyyətlə başa çatıb.
