“Qəbələ”nin sabiq forvardı Yazalde Pinto özünə yeni klub tapıb.
Korner.az-ın məlumatına görə, 26 yaşlı futbolçu Portuqaliyanın “Rio Ave” klubu ilə müqavilə bağlayıb.
“Braqa”dan ayrılan hücumçu 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Yazalde ötən mövsümün birinci yarısında “Qəbələ”də icarə əsasında forma geymişdi.
