“Qəbələ”nin sabiq futbolçusu Yazalde Qomes Pinto karyerasını İranda davam etdirəcək.
Portuqaliyalı hücumçu bu ölkənin “İstiqlal” klubuyla anlaşıb. Bu barədə məlumatı Tehran təmsilçisinin mətbuat xidməti yayıb.
29 yaşlı futbolçu 2014/15 mövsümündə “Qəbələ”nin uğurları üçün çalışıb. “Qırmızı-qaralar”da icarə əsasında çıxış edən hücumçu, burda keçirdiyi 16 oyunda qol hesabını aça bilməmişdi.
