“Qəbələ”nin sabiq futbolçusu Oleksiy Antonovun yeni klubu müəyyənləşib
Ukaynanın “Çernomorets” klubundan ayrılan hücumçu Latviyanın “Ventspils” klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Antonov 2015/16 mövsümündə “Qəbələ”də oynayıb. 31 yaşlı hücumçu “qırmızı-qaralar”ın heyətində 49 oyunda iştirak edib və 8 dəfə fərqlənib.
