"Qəbələ"nin sabiq futbolçusu Serj Cehua özünə yeni klub tapıb. Korner.az-ın məlumatına görə, Fil Dişi Sahilindən olan futbolçu karyerasını Türkiyədə davam etdirəcək. Afrikalı oyunçu "Boluspor"la müqavilə bağlayıb.
Klubun rəsmi saytının məlumatına görə, tibbi müayinədən keçən Serjlə 2 illik anlaşma imzalanıb. 2011-ci ildə "Antalyaspor"dan "Qəbələ"yə keçən futbolçu Azərbaycanda 9 oyun keçirib və 2 qol vurub.