“Qəbələ”nin sabiq futbolçusu məşqçi oldu
18.05.2020 , 15:57

Karyerasını bitirən “Qəbələ”nin keçmiş hücumçusu Aleksey Antonov məşqçiliyə başlayıb.
Korner.az xəbər verir ki, futbolçu ölkəsinin “Çernomorets” klubunda baş məşqçi Sergey Kovaletsin köməkçisi olacaq.
34 yaşlı keçmiş futbolçu 2015-2016-cı illərdə “Qəbələ”də çıxış edib.
