“Qəbələ”nin sabiq futbolçusu Andrei Kristea Rumıniyaya qayıdıb.
Korner.az-ın məlumatına görə, 32 yaşlı hücumameyilli yarımmüdafiəçi Liqa-1 təmsilçisi “Munisipial”la anlaşıb.
Tərəflər arasında 1 il 6 aylıq müqavilə imzalanıb. “Munisipial” yeni futbolçusunu artıq ictimaiyyətə təqdim edib.
“Qəbələ”dən ayrıldıqdan sonra bir müddət İtaliyanın aşağı liqasında çıxış edən Kristeanın ordakı karyerası uğurlu alınmayıb. Bu səbəbdən təcrübəli futbolçu ölkəsinə qayıtmağa qərar verib.
Qeyd edək ki, “Qəbələ”yə rumıniyalı çalışdırıcı Dorinel Muntyanunun vaxtında transfer edilmiş Kristea “qırmızı-qaralar”da özünü yaxşı tərəfdən göstərə bilməmişdi. Azərbaycan çempionatında cəmi 9 oyunda iştirak etməsi və qola həsrət qalması bunu təsdiqləyən məqamlardı.
