Bir il "Qəbələ"nin baş məşqçisi postunda çalışan və 2011-ci ildə tutduğu postan istefa verən, ötən ildən isə klub prezidentinin müşaviri kimi fəaliyyət göstərən Toni Adams karyerasını Türkiyədə davam etdirə bilər.
Korner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 47 yaşlı çalışdırıcının xidmətində 2 klub maraqlıdı.
Bunlardan biri ötən həftə Ərtoğrul Sağlamla yollarını ayıran "Bursaspor", digəri isə "Qaziantepspor"du. Hazırda Qaziantep klubunu çalışdıran Hikmət Karamanın Bursa təmsilçisiylə anlaşacağı təqdirdə ingilis baş məşqçi "Qaziantepspor"la anlaşacaq. "Timsahlar" Karamandan rədd cavabı alacaqları təqdirdə, Toni Adamsla müqavilə imzalayacaqlar.