“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Sent-Etyen” heyətini yeni müdafiəçiylə gücləndirib.
Korner.az-ın məlumatına görə, “yaşıl-ağlar” isveçrəli müdafiəçi Leo Lakruayla anlaşıb. Bu barədə məlumatı “Sent-Etyen”in saytı yayıb.
Son mövsümü “Syon”da keçirmiş 24 yaşlı futbolçuyla 4 illik müqavilə bağlanıb.
