“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Anderlext” heyətini daha iki futbolçu ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, klub “Udineze”dən Hamdi Harbuini və “Leybçiq”dən Massimo Brunonu transfer edib.
Hər iki hücumçu ilə iki illik müqavilə imzalanıb.
