“Qəbələ”nin rəqibi müəyyənləşdi – Gənclər Liqası
31.08.2022 , 16:05

Bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkü atılıb.
Korner.az xəbər verir ki, tədbirdə ilk iki mərhələnin cütləri müəyyənləşib.
Azərbaycan Gənclər Liqasının çempionu “Qəbələ”nin U-19 komandasının ilk mərhələdə üz-üzə gələcəyi rəqibi, həmçinin növbəti raunddakı mümkün rəqibi də bəlli olub. “Qırmızı-qaralar” 1-ci mərhələdə Xorvatiya “Hayduk”u ilə qarşılaşacaq. Təmsilçimiz “Hayduk”u mübarizədən kənarlaşdıracağı təqdirdə, “Astana” (Qazaxıstan) – “Apolonia” (Albaniya) cütünün qalibi ilə görüşəcək. İlk qarşılaşma səfərdə keçiriləcək.
Qeyd edək ki, birinci mərhələnin oyunları sentyabrın 14-də və oktyabrın 5-də keçiriləcək. İkinci raund oktyabrın 26-da və noyabrın 2-də oynanılacaq.
