2017/18 mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” məşqlərini davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki məşq
Komanda sabah növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. İkinci toplanışda ilk matçına çıxacaq “Qəbələ” mövsümlərarası dövrdə ümumilikdə 6-cı görüşünü keçirəcək.
Roman Qriqorçukun yetirmələrinin Albaniyanın “Kukesi” klubu ilə qarşılaşması planlaşdırılsa da, rəqib dəyişib. Belə ki, “Qəbələ” sabah Avstriyanın “Qrodiq” komandası ilə görüşəcək. 1948-ci ildə yaradılan bu komanda Avstriya çempionatının Regionalliqasının Qərb zonasında çıxış edir.
