Serbiya çempionatında 2015/16 mövsümünə start verilib.
Korner.az-ın məlumatına görə, “Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Çukariçki” ilk matçına səfərdə çıxıb.
Komanda “Voyvodina”nın qonağı olub. Oyun “Çukariçki”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 34, 58 və 65-ci dəqiqələrdə Andriya Pavloviç het-trik edib. Son nöqtəni isə 90-cı dəqiqədə Nikola Stoylkoviç qoyub. Bu futbolçu “Qəbələ” ilə oyunda penaltini dəqiq yetrinə yetirərək komandasına qələbə qazandırmışdı.
