Futbol

“Qəbələ”nin rəqibi bəlli oldu

27.01.2021 , 16:48

UEFA Gənclər Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib. Tədbirdə 1/32 final cütləri müəyyənləşib. Çempionlar yolunda mübarizə aparan “Qəbələ”nin rəqibi də bəlli olub.

Korner.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət komandamız bu mərhələdə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

Bir oyundan ibarət mərhələnin görüşləri martın 2-3-də baş tutacaq. “Qırmızı-qaralar” 1/16 finala vəsiqə uğrunda matçı səfərdə keçirəcək.

Son yazılar

Yuxarı