“Qəbələ”nin rəqibi APOEL oldu
03.09.2019 , 17:07

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA Gənclər Liqası turnirinin 2019/2020-ci illər mövsümünün püşkatması keçirilib.
Korner.az xəbər verir ki, “Qəbələ” Kiprin APOEL komandası ilə qarşılaşacaq.
Bu komandalar arasında ilk oyun oktyabrın 2-də Qəbələdə, cavab qarşılaşması isə oktyabrın 23-də Nikosiya şəhərində keçiriləcək.
