Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşlaşacaq “Panatinaikos” klubu UEFA-ya sifariş ərizəsini təqdim edib.
Korner.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Afina təmsilçisinin siyahısında futbolçu yer alıb.
“Panatinaikos”un ulduz futbolçusu Maykl Esyen hələ tam sağalmadığı üçün “Qəbələ”yə oynamayacağı söylənilsə də, onun adı iştirak ərizəsinə daчil edilib.
Qapıçılar: 1. Stefanos Kotsolis, 15. Luke Stele, 45. Nikos Qiannakopoulos
Müdafiəçilər: 4. Giorgos Koutroumbis, 5. Kostas Triantafullopoulos, 12. Nikos Marinakis, 20. Stathis Tavlaridis, 21. Nano, 24. Sergio Sançez, 25. Rasmus Telander, 28. Kristos Bourbos
Yarımmüdafiəçilər: 2. Maykl Esyen, 7. Viktor Klonaridis, 8. Tassos Laqos, 10. Zeka, 11. Yens Vemmer, 14. Abdul Ayaqun, 17. Robin Lod, 23. Nikos Kaltsas, 29. Sotiris Ninis, 32. Daniel Pranyiç
Hücumçular: 9. Markus Berq, 19. Nikos Karelis, 33. Mladen Petriç
