“Qəbələ”nin qapıçısı Dieqo Kosta yenidən sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, uzun müddət vətənində müalicə olunduqdan sonra Azərbaycana qayıdan braziliyalı qolkiper yenidən ölkəmizi tərk edib.
Kostanın dizində güclü ağrılar olduğundan Portuqaliyaya yollanıb və bu ölkədə müalicə olunub. Onun ölkəmizə nə vaxt dönəcəyi məlum deyil. “Qəbələ” böyük ehtimalla yayda Dieqo ilə yollarını ayıracaq.
Qeyd edək ki, Kosta cari mövsümdə zədə səbəbindən cəmi 9 oyunda “Qəbələ”yə kömək edib.
