“Qəbələ”nin prezidenti cəbhədən qayıtdı
30.11.2020 , 20:10

“Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhədən qayıdıb.
Korner.az xəbər verir ki, 42 yaşlı funksioner yenidən öz işinin başına keçib.
Lakin o, müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün keçirilmiş “Sumqayıt”la səfər matçını (1:0) stadiondan izləyə bilməyib.
Vətən müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi döyüşlərə qatılan Fariz Nəcəfov hərbi əməliyyatlar zamanı korpus komandiri general-mayor Mayis Barxudarovun mühafizəsini təşkil edib (Report).
