Ölkə futbolu

“Qəbələ”nin penaltilər üzrə rekordçusu

07.04.2020 , 17:16

“Qəbələ” indiyədək keçirdiyi oyunlarda 78 penalti zərbəsi yerinə yetirib.

Korner.az xəbər verir ki, Azərbaycan çempionatının Premyer Liqa və 1-ci dəstəsində, həmçinin ölkə kuboku və Avropa Liqasında oynamış “qırmızı-qaralar” bu turnirlərdəki 546 matçda 61 dəfə 11 metrlik nöqtədən qol vurub.

“Qəbələ”nin penaltilər üzrə rekordçusu Cavid Hüseynovdur. O, 13 dəfə 11 metrlik nöqtədən qapını nişan alıb. Bunlardan 12-si dəqiq olub. 8 belə imkan əldə edən Kənan Kərimovla 5 penalti yerinə yetirən Leonardo da Silva hərəyə bir dəfə imkandan yararlanmayıb.

Bu ilin qışında “qırmızı-qaralar”a qoşulan Nikolas Raysel isə artıq iki dəfə penaltidən fərqlənib.

Son yazılar

Yuxarı