UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun “Anderlext” (Belçika) – “Qəbələ” matçının hakim təyinatları açıqlanıb.
Korner.az-ın məlumatına görə, qitənin ali futbol qurumu bu görüşə avstriyalı Harald Lexneri baş hakim təyin edib. Ona Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger (dördüncü hakim) kömək edəcək. Əlavə hakimlər Markus Hameter və Aleksander Harkamdır.
Qeyd edək ki, “Anderlext” – “Qəbələ” matçı sentyabrın 15-i keçiriləcək.
