Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qəbələ” – “Yagelloniya” (Polşa) oyunu üçün hakim təyinatları açıqlanıb.
Görüşü almaniyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Marko Fritz olacaq. Ona Holqer Henşel və Marsel Pelqrim köməklik edəcək Quido Vinkmann isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 13-də Bakıda 8-ci kilomtr qəsəbə stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.
