“Qəbələ”nin oyunu canlı yayımda
14.01.2020 , 16:42

Peşəkar Futbol Liqası ötən qış olduğu kimi klublarımızın Antalyadakı təlim-məşq toplanışında keçiriləcək yoxlama oyunlarının canlı yayımına başlayır.
Korner.az xəbər verir ki, bu barədə qurumun rəsmi “facebook” hesabı məlumat yayıb.
Bu gün ilk olaraq Bakı vaxtı ilə saat 17:00-da start götürəcək “Qəbələ” – “MTK Budapeşt” (Macarıstan) görüşü PFL-in “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
