“Qəbələ”nin oyunlarının vaxtı məlum oldu
20.06.2022 , 18:38

“Qəbələ” Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar” klubu ilə qarşılaşacaq.
Korner.az xəbər verir ki, bu komandalar arasında keçiriləcək oyunların vaxtı məlum olub.
İlk görüş iyulun 21-də Macarıstanda baş tutacaq. “MOL Arena Sosto”da keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 21:00-da başlayacaq.
Komandalar arasında cavab matçı 28 iyul tarixində Qəbələ şəhər stadionunda oynanılacaq. Bu oyunun başlama saatı açıqlanmayıb.
