“Qəbələ” məğlub oldu
16.01.2023 , 18:35

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” yanvarın 4-də başlayan Antalya təlim-məşq toplanışı çərçivəsində üçüncü sınağına çıxıb. Qardaş ölkədəki son qarşılaşmada rəqib Çexiya təmsilçisi “Teplitse” olub. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
Eyni adlı şəhəri təmsil edən klubun əsası 1945-ci ildə qoyulub. “Sarı-göylər” 1996/97 mövsümündə debüt etdiyi yüksək liqanın daimi iştirakçısına çevrilib. 1998/99 mövsümündə Çexiya çempionatının gümüş mükafatını qazanan komanda 2004/05 mövsümündə üçüncü yeri tutub. Teplitselilər 2002/03 və 2008/09 mövsümlərində ölkə kubokuna sahib çıxıb. Son iki mövsümdə 15-ci olan komanda cari çempionatda qış fasiləsinədək keçirdiyi 16 matçda 19 xal toplayıb. Komanda 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
“Qəbələ” bunadək Antalyada iki yoxlama görüşü keçirib. Komanda yanvarın 12-də Rumıniyanın “Sepsi” (2:2), 14-də Almaniyanın “Lukenvalde” (3:2) klubu ilə üz-üzə gəlib.
Yoxlama oyunu
16 yanvar
16:00. “Qəbələ” – “Teplitse” (Çexiya) – 1:2
“Miracle” otelinin meydançaları
