“Qəbələ” Almaniya klubuna qalib gəldi
14.01.2023 , 21:15

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışında ikinci sınağına çıxıb.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Almaniyanın “Lukenvalde” klubu ilə üz-üzə gəlib və 3:2 hesabı ilə qalib gəlib.
Yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə məhsuldar heç-heçə (2:2) edən “Qəbələ” Antalyadakı son görüşündə Çexiya təmsilçisi “Teplitse” ilə qarşılaşacaq. Matç ayın 16-da baş tutacaq.
Yoxlama oyunu
14 yanvar
17:30. “Qəbələ” – “Lukenvalde” (Almaniya) – 3:2
“Limak Sports Senter”
