“Qəbələ” Avstriyadakı təlim-məşq toplanışının ikinci mərhələsində keçirəcəyi üçüncü yoxlama oyunundakı rəqibi də müəyyənləşib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar”ın toplanışdakı son rəqibi isə Avstriyanın “Lints” klubu olacaq. Bu matç iyulun 8-də keçiriləcək.
Qeyd edək ki, “Qəbələ” Avstriyada ilk yoxlama görüşündə iyunun 30-da Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək. İyulun 4-də Roman Qriqorçukun komandası Ukrayna “Dinamo”su (Kiyev) ilə qarşılaşacaq
