Futbol

“Qəbələ”nin növbəti rəqibi “Vorskla” oldu

08.07.2019 , 10:26

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ”nin hazırlıq prosesi çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub.

Korner.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Ukraynanın “Vorskla” klubu ilə üz-üzə gələcək. Poltava klubu ilə keçiriləcək oyun iyulun 11-də baş tutacaq.

Qeyd edək ki, “Qəbələ” ilk yoxlama görüşündə Ukraynanın “Mariupol” klubunu 2:1 hesabı ilə məğlub edib.

Son yazılar

Yuxarı