“Qəbələ”nin minimum hədəfi – 5 transfer
13.06.2023 , 14:39

Avrokuboklarda ölkəmizi təmsil edəcək “Qəbələ” transfer çalışmalarını davam etdirir.
Korner.az-a daxil olan məlumata görə, əyalət təmsilçisi bir neçə mövqeyə futbolçu axtarır. “Qırmızı-qaralar” xüsusən də qapı və hücum mövqeyini gücləndirməyi düşünür.
Klub avrokubok matçlarına kimi minimum 5 transferi reallaşdıracaq.
