“Kəpəz”lə oyuna yaxşı hazırlaşmışdıq. Çünki bu matç öncəsi çempionatımızda yaranan uzun müddətli fasilə işimizə yaradı”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin məşqçisi Badri Kvaratsxeliya deyib.
Gürcü çalışdırıcı komandasının 2:0 hesabı ilə nəticələnən ev oyununda layiqli qələbə qazandığını bildirib:
“Bu gün haqq etdiyimiz qələbəni qazandıq. Hər 2 hissədə xeyli qol imkanlarımız oldu. Bunlardan 2-ni dəyərləndirə bildik. Hesabda 2:0 irəlidə olduqdan sonra rahatlaşdıq. Ancaq belə etmək olmaz. Bunun aradan qaldırmaq üzərində işləyəcəyik”.
