“Qəbələ”nin sabiq məşqçisi zəlzələdə həlak oldu
12.02.2023 , 18:31

2009-2015 illərdə “Qəbələ” Futbol Akademiyasında qapıçı məşqçi çalışmış Uğur Kurt Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı dağıntılar altında qalaraq həlak olub.
Korner.az xəbər verir ki, bu barədə “Qəbələ”nin sosial şəbəkə hesabı məlumat yayıb.
Klub Uğur hocaya Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı diləyib.
